03 iyul 2026 12:12
113

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı bu gün başa çatacaq

Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı başa çatacaq.

“İki sahil” xəbər verir ki, turnirin son günündə qarışıq komanda yarışı olacaq.

1/8 final
Azərbaycan – Çexiya

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (oğlanlar: -60 kq, -81 kq, +81 kq; qızlar: -48 kq, -63 kq, +63 kq) görüşlər təşkil olunacaq. Ümumilikdə mübarizəyə 13 yığma (137 cüdoçu) qoşulacaq.  

Təsnifat mərhələsi – 13:30
Final bloku – 19:30

Canlı yayım: Judo TV

Komandamıza uğurlar arzulayırıq!