30 iyun 2026 14:00
85

TFF-dən əcnəbi futbolçu limiti ilə bağlı rəsmi AÇIQLAMA

Türkiyə Futbol Federasiyası (TFF) 2026-2027-ci illər mövsümündə tətbiq olunacaq əcnəbi futbolçu qaydasında hər hansı bir dəyişikliyin edilməyəcəyini elan edib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, Federasiyanın rəsmi bəyanatda, Trendyol Süper Lig-də tətbiq olunacaq legioner limiti ilə bağlı daha əvvəl ictimaiyyətə açıqlanmış prinsiplərin qüvvədə qaldığı və heç bir dəyişiklikdən söhbət getmədiyi vurğulanıb.

TFF-nin açıqlamasında qeyd olunur: "Son günlər ictimaiyyətdə geniş müzakirə olunan Trendyol Süper Lig-də 2026-2027 mövsümünün əcnəbi futbolçu qaydalarına dair daha əvvəl paylaşılan əsaslarda hər hansı bir dəyişikliyə gedilməsi söz mövzusu deyildir.

Ötən mövsümün əvvəlində bu mövsüm tətbiq olunacağını elan etdiyimiz əcnəbi futbolçu qaydası çərçivəsində, klubların "A Komandası Siyahısı"nda (əsas heyət sifarişində) yer verəcəyi 10 əcnəbi futbolçu üçün heç bir yaş kriteriyası tələb olunmur. Əgər "A Komandası Siyahısı"na 14 əcnəbi futbolçu yazılarsa, onlardan ən azı 4-nün 01.01.2003-cü il və ya daha sonra təvəllüdlü olması məcburidir."