29 iyun 2026 23:12
100

Braziliya Yaponiyaya qalib gəldi

DÇ-2026-da 1/16 final oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdə "sambaçılar" Yaponiya ilə üz-üzə gəlib. Matç Braziliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.

DÇ-2026

1/16 final

29 iyun

21:00. Braziliya 2–1 Yaponiya

Qol: Kayşu Sano, 29 (0:1), Kazemiro, 56 (1:1), Qabriel Martinelli, 90+6 (2:1)