FİFA DÇ-2026-da Avstriya - Əlcəzair matçı ilə bağlı nəticənin əvvəlcədən razılaşdırılmasına dair araşdırma aparmayacaq.
“İki sahil” xəbər verir ki, qrup mərhələsinin son turunda keçirilən və 3:3 hesabı ilə başa çatan görüşdən sonra komandaların 1/8 finala yüksəlmək üçün nəticəni əvvəlcədən anlaşdıqları bildirilirdi.
Britaniyanın "Mirror" nəşrinin məlumatına görə, FİFA bu ittihamları rədd edib. Həmçinin matçın nəticəsinin manipulyasiya olduğuna dair heç bir əsas görülmədiyi vurğulanıb.
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də iddiaları təkzib edib.
Qeyd edək ki, bu nəticə ilə Avstriya qrupu ikinci, Əlcəzair isə üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.