Gürcüstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyası keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq.
Assambleya çərçivəsində iyunun 29-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclası keçirilib.
Büro və komitə iclaslarında Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev iştirak edib.
Bildirilib ki, QDİƏT PA-nın 67-ci Baş Assambleyası iyunun 30-da Kaspi bələdiyyəsinin Mepiskalaki kəndində baş tutacaq.
Assambleyanın sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iştirak edirlər.
Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
G7 XİN rəhbərləri Yəməndəki vəziyyəti enerji təhlükəsizliyinə qəbuledilməz təhdid adlandırıblar
ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq
Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb
ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır