28 iyun 2026 16:48
91

Fransa şirkəti konteyner gəmisinin Hörmüz boğazından keçdiyini bildirib

Fransanın CMA CGM şirkəti bu səhər "Galapagos" konteyner gəmisinin Hörmüz boğazından uğurla keçdiyini açıqlayıb.

“İki sahil”in "Reuters" agentliyinə istinadən məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Bu keçid mürəkkəb olaraq qalan və daim ayıq-sayıqlıq tələb edən regional kontekstdə mühüm mərhələdir", - gəmiçilik şirkəti qeyd edib.

Şirkət gəminin boğazdan çıxmasının səbəbləri barədə əlavə şərhdən imtina edib, lakin ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından bəri Fars körfəzində 10 gəmisinin qaldığını dəqiqləşdirib.