“Oman Sultanlığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş” layihəsi Oman Şura Məclisində müzakirə olunacaq.
“İki sahil” Oman İnformasiya Agentliyinə istinadla xəbər verir ki, müzakirə parlamentin sabah keçiriləcək iclasında baş tutacaq.