Pakistanın Kəraçi şəhərinin Gülüstani-Cövhər rayonunda atəş səsləri eşidilib və partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Dawn" nəşri yerli polisə istinadən məlumat yayıb.
"Sind əyalətinin 1122 Xilasetmə Xidməti Gülüstani-Cövhərdə partlayış barədə məlumat alıb və dərhal hadisə yerinə xilasetmə briqadası yönəldib", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisə yerinə polis xüsusi təyinatlıları və Çevik Reaksiya Qüvvələrinin əməkdaşları da gəlib, lakin hələlik xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.
Nəşrin məlumatına görə, ərazi polis tərəfindən mühasirəyə alınıb.
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb