Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi qəfil alovlanaraq tamamilə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub