27 iyun 2026 10:14
91

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb

Futbol üzrə dünya çempionatının G qrupunun III turunda Misir və İran üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki, Sietldə keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı 5-ci dəqiqədə Misir futbolçusu Mahmud Saber açıb. İran isə cəmi doqquz dəqiqə sonra Ramin Rezaeyanın qolu ilə tarazlığı bərpa edib.

Bu nəticə Misir üçün tarixi əhəmiyyət daşıyıb. Afrika təmsilçisi xallarını 5-ə yüksəldərək dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Misirin növbəti mərhələdəki rəqibi Avstraliya millisi olacaq.