Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum oldu.
“İki sahil” xəbər verir ki, 57 yaşlı mütəxəssis yeni mövsümdən Türkiyə 1-ci liqasında çıxış edəcək “Antalyaspor”u çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Antalya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Bülent Korkmaz 2018-2019 mövsümündə və 2021-ci ildə də "Antalyaspor"u çalışdırıb.
Onun son iş yeri 1-ci liqa təmsilçisi “Esenler Erokspor” olub.
Qeyd edək ki, Bülənt Korkmaz 2009-10 mövsümündə Azərbaycanda “Bakı”nın baş məşqçisi olub.