Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Moskva Ticarət Mərkəzində zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlarla keçirilib.
“İki sahil” xəbər verir ki, Görüşün keçirilməsində əsas məqsəd qiymətli metallar və qiymətli daşlardan hazırlanan məmulatların dövriyyəsini tənzimləyən qanunvericilik normaları barədə məlumat vermək, dövlət əyar nəzarəti sisteminin tətbiqi ilə bağlı sahibkarları maarifləndirilmək və bu sahədə qarşıya çıxan praktik məsələləri müzakirə etmək olub. Tədbirdə iştirakçılara qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsini tənzimləyən normativ hüquqi aktların tələbləri, dövlət əyar nəzarətinin həyata keçirilməsi qaydaları, bu sahədə sahibkarların hüquq və vəzifələri barədə məlumat verilib. Əyarlama fəaliyyəti nəticəsində məmulatlara əyar damğasının vurulmasına görə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumları diqqətə çatdırılıb, rüsumların tətbiqi qaydaları və ödəniş mexanizmləri izah edilib. Əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması və ya dövriyyəsinin həyata keçirilməsi hallarında qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirləri vurğulanıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb