25 iyun 2026 12:29
107

İdmançılarımızın ilk rəqibləri bəlli olub

İyunun 25-də Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycan 10 çəki dərəcəsində 17 cüdoçu ilə (11 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə 57 ölkədən 500 idmançı mübarizə aparacaq. 26-28 iyun tarixlərində keçiriləcək Sindao Qran-Prisində ilk yarış günü təsnifat mərhələsi saat 05:00-da, final bloku isə saat 13:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” və “CBC Sport”dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/16 final

Əhməd Yusifov – Dilşot Xalmatov (Ukrayna)

Balabəy Ağayev – Artem Lesyuk (Ukrayna)

-66 kq, 1/32 final

Tofiq Məmmədov – Lin Çenq (Çin)

-66 kq, 1/16 final

Ruslan Paşayev – Salih Yıldız (Türkiyə) / Ziyanq Şüe (Çin) cütünün qalibi ilə

-73 kq, 1/16 final

Rəşid Məmmədəliyev – Natan Kadinyan (Fransa) / Minqxao Canq (Çin) cütünün qalibi ilə

-81 kq, 1/16 final

Hidayət Heydərov – Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə

Zelim Tçkayev – Enxtör Cuqderqarav (Monqolustan) / Oskari Makinen (Finlandiya) cütünün qalibi ilə

-90 kq, 1/16 final

Aslan Kotsoyev – Yaqor Varapayev (Belarus)

Murad Fətiyev – Şuo Li (Çin)

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Donq Lin (Çin) / Silven Lorenso Aqro (İtaliya) cütünün qalibi ilə

Uşanqi Kokauri – Juyşüan Li (Çin) / Tamerlan Başayev (Rusiya) cütünün qalibi ilə

Qadınlar

-48 kq, 1/16 final

Könül Əliyeva – Jana Sid Balsels (İspaniya)

Şəfəq Həmidova – Abiba Abujakınova (Qazaxıstan)

-52 kq, 1/16 final

Gültac Məmmədəliyeva – Kinqa Klimçak (Polşa)

Leyla Əliyeva – Aleksandra Kaleta (Polşa)

-63 kq, 1/16 final

Fidan Əlizadə – Dali Liluaşvili (Rusiya)

-70 kq, 1/32 final

Südabə Ağayeva – Şirincon Yuldoşova (Özbəkistan)