24 iyun 2026 22:40
92

"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"

"Real"ın baş məşqçisi Joze Mourinyo "Real" və "Barselona" qarşılaşmalarının futbol dünyasındakı rolundan danışıb.

“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis "Vanity Fair" nəşrinə verdiyi müsahibədə "El-Klassiko"nun keçmişdəki nüfuzunu itirdiyini bildirib:

"Yalnız Madrid, Barselona və ya İspaniya deyil, bütün dünya bu matçları səbirsizliklə gözləyirdi. Əlbəttə, Kriştiano və Messi o dövrün kumirləri idilər. Onlar dünyanın ən yaxşı iki oyunçusu idi. "Real" dünyanın ən güclü klubudur. "Barselona" isə "Real"dan sonra ən yaxşı komandalardan biridir".