XX əsr boyu - 1905-ci ildən başlayaraq, 1991-ci ilə qədər qərbi azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Vaşinqtonda Konqres binasında keçirilən “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mövzunun müəyyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətə hələ də kifayət qədər düzgün çatdırılmasına imkan verilmir.
“Bakı Təşəbbüs Qrupu olaraq digər vətəndaş cəmiyyəti institutlarına, beynəlxalq təşkilatlara, beynəlxalq institutlara çağırış edərək bildiririk ki, 1991-ci ilə qədər davam edən etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qüvvələr və təşkilatlar beynəlxalq təşkilatlar qarşısında cavab versinlər”, - deyə o əlavə edib.
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır
Sent-Martinli hüquqşünas: Niderlandın 6 Karib müstəmləkəsinin statusu beynəlxalq səviyyədə qiymətləndirilməlidir