24 iyun 2026 14:59
106

“Zirə” Rövlan Muradovla yollarını ayırıb

“Zirə” komandası futbolçusu Rövlan Muradovla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, klubdan bildirilib ki, yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

O, 2025-ci ilin iyul ayından Bakı təmsilçisində çıxış edir.