23 iyun 2026 14:23
14

İkitərəfli münasibətlər daha da yüksələcək

Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. Bu münasibətlər həm dünyəvi dövlətlər kimi, həm də türkdilli dövlətlər kimi inkişaf et­di­rilib. 34 il müddətində ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr həm mahiyyət baxımından, həm də məzmun baxımından inkişaf etdirilib. 2017-ci ildə Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Bu sənəd Azərbay­can-Türkmənistan münasibət­lə­ri­nin daha da inkişaf etdirilməsində əhəmiyyətli oldu.

Azərbaycan Ordusu mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ mü­ha­ri­bə­sin­də tarixi Zəfər qazandı, torpaqlarını işğaldan azad etdi. 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Hər iki qələbə Azərbaycanın dün­yəvi nüfuzunu daha da yüksəltdi. Dünyanın bəşəri dövlətlərinin Azərbaycana olan siyasi ehti­ramı da yüksəldi. Bu ehtiram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­ca­mı ilə işğaldan azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinin uğurla davam etdirilməsində mə­nəvi stimul da oldu, həmin dövlətlərin bu tarixi prosesdə iştirakına da zəmin yaratdı...

Dövlətlərarası siyasi münasibətlər mənəvi münasibətlər müstəvisinə keçirildi. Türkdilli döv­­lətlərin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etməsi Azərbaycan Ordu­su­nun qazandığı tarixi Zəfərə ehtiramın nəticəsidir. Bu tezislər Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyu­nun 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda da xatırladıldı. Bu tarixi pro­sesdə Türk­mə­nistan da iştirak edir.

Mətbuata bəyanatında Aşqabadda, Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildiyini, Bakı ilə Aşqabadın, Arkadağ ilə Füzulinin qardaş şəhərlər olduğunu, keçən il Tükmənistanın mə­dəniyyət xadimlərinin Bakıda və Gəncədə keçirilən Mədəniyyət Günlərində iştirakını, nəq­liyyat-logistika sahəsində əməkdaşlığın  geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malik ol­du­ğunu da xatırladan dövlət başçımız dedi: “...bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri bir­ləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiy­yətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.

Tükmənistan Prezidentinin ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məs­ci­din tikintisi təşəbbüsünü irəli sürdüyünü, indi tikintinin başladığını da bildirən Azərbaycan Res­pub­likasının Prezidenti qətiyyətlə və qürurla dedi ki, bu, Türkmənistanın, onun Ümummilli Lide­ri­nin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir...

Azərbaycan da, Türkmənistan da zəngin təbii sərvətlərə malikdir. Dünyanın əksər dövlətləri bu iki dövlətin iqtisadi potensialını ikitərəfli münasibətlərin  möhkəmləndirilməsi istiqamətində yük­­sək dəyərləndirir. Bu baxımdan siyasi dəstək iqtisadi dəstəklə tamamlananda tərəflərin hər ikisi üçün yüksək inkişaf şəraiti yaranır. Dövlət başçımız bu baxımdan qeyd etdi ki, “biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.

Bu rəsmi səfər zamanı imzalanan sənədlər Azərbaycanla Türkmənistan arasında ikitərəfli mü­nasibətlərin daha da inkişaf edəcəyinin göstəriciləridir.

 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı