İyunun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.
Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib