İyunun 21-də Qax Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilib. “İki sahil” xəbər verir ki, turnirdə 12 klub və idman cəmiyyətindən 79 cüdoçu mübarizə aparıb. Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. U-17 üzrə regional birincilik milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırıb.
Mükafatçıları təqdim edirik:
Qızlar
-44 kq
1. Ayan Muradova (Şəki OİK)
2. Gülay İbrahimxəlil (Şəki OİK)
-48 kq
1. Səfurə İsmayılova (Qəbələ İK şəhər)
2. Gözəl Məmmədova (Zaqatala UGİM)
-52 kq
1. Aişə Mehdiyeva (Şəki OİK)
2. Gülmira Cabbarl (Şəki OİK)
-70 kq
1. Sümeyya İsmayılova (Qəbələ İK şəhər)
2. Amina İsmayılova (Qəbələ İK şəhər)
Oğlanlar
-50 kq
1. Ömər Ağayev (RKİM)
2. Fəqan Osmanlı (Kano İK Şamaxı)
3. Elgün İlyasov (Balakən OİK)
4. Mətin Musayev (Balakən OİK)
-55 kq
1. Vüqar Mustafayev (Qəbələ İK şəhər)
2. Büsat Qaçaylı (Qobustan)
3. Saleh Əkbərli (Qobustan)
4. Ömər Məmmədli (Şəki OİK)
-60 kq
1. Raul İsmayılov (Balakən OİK)
2. Nicat Adilov (RKİM)
3. Asif Acalov (Tufan İK)
4. Nurlan Nurizadə (Qobustan)
-66 kq
1. Büsat Şahmurov (Qəbələ İK şəhər)
2. Nurlan Əliyev (Qobustan)
3. Muxran Canaşvili (Qax)
4. Ramal Məmmədli (RKİM)
-73 kq
1. David Səmədov (Balakən OİK)
2. Nemət Ələsgərov (Qəbələ İK şəhər)
3. Cavidan Ağa (Qəbələ İK şəhər)
4. Fəxri İsayev (Balakən OİK)
-81 kq
1. İsmayıl Şahmalıyev (Balakən OİK)
-90 kq
1. Tuncay Cavadzadə (Oğuz OİK)
2. Sərxan Məhərrəmov (Qobustan)
+90 kq
1. Tofiq Cumayev (Zaqatala UGİM)