19 iyun 2026 21:54
114

"İmişli" 5 futbolçu ilə müddətini uzatmayıb

"İmişli" beş futbolçusu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcovla vidalaşıb. "İmişli" adıçəkilən oyunçuların mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.