İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Misir Ərəb Respublikasının planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşüb.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının daha səmərəli reallaşdırılması imkanlarını, qarşılıqlı fəaliyyəti təşviq edən biznes platformalarının formalaşdırılmasını və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Müzakirələr zamanı ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə işbirliyinin inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib