16 iyun 2026 10:48
108

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“İki sahil” xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı saat 19:00-da başlayacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin mümkün rəqibləri “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Krayova” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), və “Vestri” (İslandiya) komandalarıdır.

Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.