10 iyun 2026 22:36
106

Ərdoğan: Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur

Dəməşəq və Beyrut İstanbulun iki qardaş şəhəridir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"Türkiyənin təhlükəsizliyi təkcə Hataydan deyil, Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır", - o bildirib.

Ərdoğan bildirib ki, Türkiyə bu şəhərlərə qarşı həyata keçirilən heç bir hücuma göz yummur.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın hücum edəcəyi təqdirdə Livanın paytaxtı Beyrut və qruplaşmanın digər məntəqələrdəki obyektlərinə zərbə endirəcəyini bəyan edib. Livan isə İsraillə quruda, havada və dənizdə hərtərəfli atəşkəsin təmin olunması mövqeyindən çıxış edir.