10 iyun 2026 21:43
112

Hadisə zamanı xəsarət alan olmayıb

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“İki sahil” xəbər verir ki, FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.