10 iyun 2026 08:15
111

Qızılın qiyməti ilk dəfə...

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb.

“İki sahil” xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılın qiyməti 2,66 % azalaraq troya unsiyası üçün 4 247,2 dollar təşkil edib.

Saat 03:28-ə (Bakı vaxtı ilə -red) olan məlumata görə, eniş yavaşlayıb və fyuçers müqaviləsinin qiyməti unsiyası üçün 4247,7 dollar (-2,65%) təşkil edib.