Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub. Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri, Sumqayıt Regional Mərkəzinin ümumilikdə 8 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb