Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 19-da Salyan rayonunda Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək. “İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 9 - 11 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb