06 iyun 2026 20:00
240

Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turnirində Azərbaycan millisi ilk yarış gününü 2 medalla başa vurub.

“İki sahil” xəbər verir ki, Fidan Əlizadə (-63 kq) gümüş medal qazanıb. Madina Kaisinova (+78 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Sabah daha 5 qadın cüdoçumuz mübarizəyə qoşulacaq.