06 iyun 2026 17:56
131

Ermənistanda seçki pozuntularını aşkarlamaq üçün dronlardan istifadə olunacaq

Ermənistanın Korrupsiya İlə Mübarizə Komitəsi seçicilərin ələ alınması hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə üzrə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, qurumun məlumatına görə, əməliyyatlar son aylarda daxil olmuş operativ məlumatlar və vətəndaş müraciətləri əsasında həyata keçirilir.

Tədbirlər çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə olunacaq.

Komitədə bildirilib ki, seçki prosesləri zamanı mümkün rüşvət alma və vermə faktları üzrə əhəmiyyətli həcmdə məlumatlar, həmçinin daha əvvəl keçirilmiş axtarışlar nəticəsində əldə olunmuş materiallar onların sərəncamındadır.