Bugünkü raket hücumları səbəbindən bağlanmış Küveyt Beynəlxalq Hava Limanı uçuşların bərpa edildiyini açıqlayıb.
“İki sahil” Küveyt Beynəlxalq Hava Limanının saytına istinadla xəbər verir ki, aeroportda aeronaviqasiya fəaliyyəti əvvəlki qaydada davam etdirilir.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ qüvvələrinin Hörmüz boğazı istiqamətində hərəkət edən dörd pilotsuz uçuş aparatını vurmasından sonra İran Bəhreyn və Küveyt istiqamətində yeddi raket buraxıb.