06 iyun 2026 13:17
92

İranlı ekspert: Trampın İranın Ali Lideri ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir

ABŞ Prezidenti Donald Trampın İranın Ali Lideri Seyid Müctəba Xameneinin müzakirələrdə iştirak etməsinə dair açıqlaması həqiqəti əks etdirmir.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi heyətin Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında 1-ci tur müzakirələrdən sonra hər hansı müzakirə tutmayıb.

“ABŞ tərəfinin ədalətli anlaşma əldə etmək üçün iradə sərgiləmədiyinə görə yenidən müzakirə aparmaq üçün şərait yoxdur”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son vaxtlar verdiyi açıqlamada İranın Ali Liderinin müzakirələrdə iştirak etdiyini və gələcəkdə onunla görüşmək istədiyini bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.