ABŞ Yeni Zelandiyaya 1,5 milyard dollar dəyərində beş "Seahawk" dəniz helikopterinin satışını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.
Daha əvvəl Yeni Zelandiya hökuməti müdafiə imkanlarını gücləndirmək üçün hərbi xərcləri, demək olar ki, iki dəfə artıracağını vəd etmişdi.
"ABŞ Dövlət Departamenti Yeni Zelandiyaya beş ədəd MH-60R "Seahawk" çoxməqsədli helikopterinin və əlaqəli avadanlıqların satışını rəsmən təsdiqləyib", - qurumun iyunun 5-də dərc olunmuş bəyanatında bildirilib.
Agentlik qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa və Asiya-Sakit okean regionundakı müttəfiqlərinə təzyiq göstərərək onları hərbi xərcləri artırmağa çağırır.
"Nəzərdə tutulan sövdələşmə kritik əhəmiyyətli infrastrukturun etibarlı şəkildə qorunmasını təmin edərək Yeni Zelandiyanın mövcud və gələcək hərbi təhdidlərə qarşı gəlmək qabiliyyətini artıracaq", - Dövlət Departamentindən bildirilib.
Agentlik xatırladıb ki, "Seahawk" helikopterlərinin alınması Yeni Zelandiya hökumətinin 2025-ci ildə təqdim etdiyi müdafiə planının bir hissəsidir. Sənəd dörd il ərzində hərbi xərclərin artırılmasını və səkkiz il ərzində müdafiə büdcəsinin, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-nə çatdırılmasını nəzərdə tutur.
Kremldə ABŞ-ın Rusiya ilə iqtisadi əlaqələrin inkişafına dair yanaşması ilə razı deyillər
İranlı ekspert: Trampın İranın Ali Lideri ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir