06 iyun 2026 00:53
87

Futbol millimiz Malta ilə qarşılaşıb

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşıb. Matç rəqib yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

5 iyun

22:00. Azərbaycan – Malta - 0:2

Qol: Mbong, 65, Satariano, 86
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu