05 iyun 2026 22:24
89

Qara dənizdə Türkiyə balıqçı gəmisinə hücum; 1 ölü, 5 yaralı

Qara dənizdə (Krımın qərbində, Sevastopol sahilləri yaxınlığında) Türkiyə bayrağı altında üzən “DURU 67” balıqçı gəmisinə hücum edilib.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb. Qeyd edilib ki, hadisə bu gün baş verib.

Məlumata görə, hücum nəticəsində zədələnmiş “DURU 67” balıqçı gəmisi batıb. Yaxınlıqda olan “BURAK KAYA” balıqçı gəmisi batmış gəmidən 5 yaralı balıqçını tez bir zamanda təxliyə edərək İnebolu istiqamətində hərəkət etməyə başlayıb. Daşınma zamanı vəziyyəti ağır olan yaralı balıqçılardan biri təəssüf ki, həyatını itirib.

“Təyin olunmuş Sahil Mühafizəsi bölməmiz (TCSG-96) (Türkiyə vaxtı ilə) saat 19:20-də Türkiyə Axtarış və Xilasetmə Zonası daxilində, İnebolu Limanından 115 dəniz mili şimalda yerləşən “BURAK KAYA” adlı balıqçı gəmisinə çatıb. Ölən balıqçının və yaralı balıqçıların cəsədi Sahil Mühafizəsi bölməsinə təhvil verilib, tibbi müdaxilə başladılıb və gəmi İnebolu Limanına geri qaytarılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”