Sasseks hersoqu şahzadə Harri əmisi oğlunun toyuna dəvət edilməyib.
“İki sahil” xəbər verir ki, bu barədə Page Six nəşri yazır.
Şahzadə Harri kral III Çarlzın qardaşı oğlunun oğlu olan Piter Fillipsin toyunun qonaqları arasında yer almayıb. Monarxın bacısı şahzadə Annanın 48 yaşlı oğlu Piter Fillips iyunun 6-da tibb bacısı Harriyet Sperlinqlə evlənəcək.
Kral ailəsi üzrə ekspert Emili Neşin sözlərinə görə, bunun səbəbi Fillipsin şahzadə Uilyamı onun kiçik qardaşı Harri ilə yaşadığı münaqişədə dəstəkləməsi ola bilər.
“Düşünürəm ki, məsələ şəxsi münasibətlərlə bağlıdır. Bizə bildirilib ki, Piter artıq bir neçə ildir Harri ilə ünsiyyət saxlamır. Onların münasibətlərinin soyuması təbii proses idi və buna görə də Harri toya dəvət olunmayıb”, — deyə Neş bildirib.