05 iyun 2026 21:50
94

Oğuzda qəza baş verib, xəsarət alanlar var

Oğuzda qəza baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" və VAZ-21012" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan Bərdə rayon sakinləri 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.