05 iyun 2026 20:49
107

Millinin futbolçuları arasında gərginlik -  FOTO

Fransa milli komandasının düşərgəsində ulduz futbolçular arasında yaranan kapitanlıq qalmaqalı yenidən gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, "Tribuna" nəşrinin məlumatına görə, Kot-d'İvuarla keçirilən yoldaşlıq görüşündən (1:2) əvvəl "Fənərbaxça"nın və yığmanın yarımmüdafiəçisi Nqolo Kante komandanın kapitanı və hücumçusu Kilian Mbappeyə qarşı soyuq münasibəti ilə diqqət çəkib. Təcrübəli oyunçu matçdan öncə Mbappenin yanından keçərək onun əlini sıxmaqdan imtina edib.

Xatırladaq ki, bu gərginliyin əsası cari ilin mart ayında Kolumbiya ilə baş tutan yoldaşlıq oyununda (1:3) qoyulub. Həmin qarşılaşmada meydana sonradan daxil olan Mbappe komanda yoldaşı Rayan Şerkidən kapitanlıq sarğısını Kantedən almasını tələb edib. Ən çox narazılıq doğuran məqam isə Kantenin həmin an əvəzlənməməsi və meydanda mübarizəni davam etdirməsi olmuşdu.

Qeyd edək ki, iyunun 11-də start götürəcək dünya çempionatında Fransa yığması Norveç, Seneqal və İraq komandaları ilə eyni qrupda mübarizə aparacaq.