05 iyun 2026 18:31
131

Bir bezin qıraqları...

Ermənistanda seçkilər yaxınlaşdıqca “siyasi sərsəmlik” nəhayət ki, tamamilə aşkara çıxır. Daşnaklar, kilsə tör-töküntüsü və revanşistlər  təbilğat-təşviqat kampaniyası dövründə öz namizədlərindən “müstəqillik” və “yeni sima” obrazı yaratmağa çalışır, eyni zamanda, yekdilliklə Azərbaycan və Türkiyə əleyhinə təhdidedici ritorika səsləndirdilər və xüsusilə xalqımıza nifrəti seçki kampaniyalarının əsas mözusuna çevirdilər. Burada müstəqillikdən söhbət belə gedə bilməz. Ona görə ki, istər Samvel Karapetyan olsun, istərsə də Robert Koçaryan, hər ikisi Kremlin qoltuğuna sığınıblar və siyasi arenaya da onun planı və dəstəyi soxulublar. Sadə bir sual yaranır: Koçaryan on ildən artıq Ermənistana prezidentlik etdi. O müddətdə Ermənistan müstəqil idimi, özü müstəqil siyasət yeridə bilirdimi? Xeyr, həmin müddətdə o, yalnız Moskvanın buyuruqlarını müti qul kimi səylə  yerinə yetirməklə məşğul idi. İnsan nə qədər həyasız olmalıdır ki, cəmiyyətə bu qədər yalan danışsın. Əslində, burada təəccüblü bir şey yoxdur. Unutmayaq ki, erməni xisləti elə belə olur. “Erməni xəstəliyi” onlara ulu babalarından qalma mirasdır, desək səhv olmaz.

Namizədlər barədə “Minval politika” nəşrinin məlumatında deyilir: “Robert Koçaryan uzun müddətdir açıq şəkildə revanşist və “Qarabağ klanı”nın rəhbəri adlandırılsa da, Samvel Karapetyan keçmiş prezident və onun ətrafı ilə heç bir ortaq əlaqəsi olmayan “müstəqil siyasətçi” kartını oynamağa çalışır. Lakin Samvel Karapetyan müstəqil oyunçu deyil. O, illərdir Ermənistanı revanşist ambisiyaları və köhnə cinayətkar əlaqələri üçün girov saxlayan eyni çürük sistemin bir parçasıdır”. Yəni hər ikisi bir bezin qırağıdır.

Nəşrin yaydığı görüntülərdə Ermənistan Elektrik Şəbəkələrinin iqtisadiyyat və maliyyə direktoru Armen Arşakyan Samvel Karapetyanın Robert Koçaryan, Serjik Sarkisyan və “Qarabağ klanı” ilə əlaqələrini ifşa etdiyi görünür. Əlbəttə, “işıq pulu yığan” Samvel potensial rəqiblərini sıradan çıxarmaq üçün onların cinayətkar fəaliyyətini cəmiyyətə göstərməyə cəhd göstərir. Necə deyərlər, “itin dişi tülkülərin dirisi”, bacardıqca qoy bir-birlərini didişdirib haldan salsınlar. Bu taktiki gedişləri düşünəcək ağlı olmadığına görə xaricdən onun beyninə yeridənlər var. Qoyma ağılla insan ağıllı olmur.

Qayıdaq Samvelin özünü siyasətçi adlandırmasına. Onun bu sözlərinə lap bişmiş toyuğun da gülməyi gələr. Bu adam ömrü boyu insanlara işıq satmaqla məşğul olsa da ancaq xalqın cibinə necə girməyindən bircə kəlmə də söz açmır. O, dəllalığını bir tərəfə atıb utanmadan özünü siyasətçi adlandırır. Həm də müstəqil siyasətçi. Parlamentə namizədliyini rəsmi Moskvanın təhriki ilə irəli sürdüyünü gizlətməyə çalışır. “Mərkəzdəki” sərsəm ideoloqların fikrincə, hakimiyyətə kim gəlirsə-gəlsin, təki Paşinyan gəlməsin. Bu səbəbdən ölkədə o qədər də nüfuza malik olmayan “işıq pulu yığanın” belə hakimiyyətə gəlməsinə ikiəlli razıdır. Lakin Paşinyan güclü mövqeyə malikdir. Avropa Komissiyasının sədri İttifaqı Fon der Lyayen bu günlərdə bildirib ki, təmsil etdiyi təşkilat Ermənistana 50 milyon dollar yardım ayıracaq. Məlumdur ki, Avropa İttifaqı Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi sanksiyaları yumşaltmaq məqsədi ilə bu addımı atır. Qeyd etməliyik ki, Paşinyan düşmənlərinin ona qurduqları tələlərin yanından keçib yoluna davam edir. Bununla paralel olaraq Avropa İttifaqı və digər xarici dairələr Rusiyanın Cənubi Qafqaz ölkələrində, o cümlədən də Ermənistanda hökmranlığına son qoymağa cəhd edirlər. Qərbin və Avropanın uzun illər Rusiyaya qarşı apardığı mübarizənin nə ilə nəticələnəcəyi gün isə lap yaxındadır.

Bu mübarizənin keçiriləcəyi poliqon isə parlament seçkilərinə hazırlaşan Ermənistandır. Əslində dünyanın iki qlobal gücünün qarşı-qarşıya gəldiyi 7 iyun iki qüvvədən hansının daha qüvvətli olduğunu müəyyən edəcək. Yaxın günlərdə “kim kimi” məsələsi həll olunacaq: ev sahibimi, ya da evə soxulmuş qonaqların xain dəstəsimi?

Vəli İlyasov, “İki sahil”