04 iyun 2026 01:11
77

İƏT Bəhreyn və Küveytə hücumları pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Bəhreyn və Küveytə hücumları pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə İƏT məlumat yayıb.

"Baş Katiblik İranın Bəhreyn Krallığına və Küveyt Dövlətinə qarşı onların suverenliyini pozan, növbəti dəfə Küveyt Beynəlxalq Hava Limanı da daxil olmaqla, bəzi mülki və mühüm obyektləri hədəf alan, bir nəfərin ölümü, digərlərinin yaralanması və bəzi mühüm obyektlərə ciddi ziyan dəyməsi ilə nəticələnən davamlı hücumlarını qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Baş Katiblik bəyan edib ki, bu davamlı hücumlar beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması deməkdir və regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlmiş beynəlxalq səylərə xələl gətirə bilər.