03 iyun 2026 22:57
87

Rubio: Tramp Ankarada keçiriləcək NATO sammitində şəxsən iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.

“İki sahil” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio ABŞ Konqresindəki çıxışı zamanı bildirib.

Rubio qeyd edib ki, qarşıdan gələn görüş alyansın tarixində ən vacib görüş ola bilər, çünki bu çərçivədə bir sıra məsələlərə aydınlıq gətirmək və onları həll etmək lazımdır. Dövlət katibinin sözlərinə görə, ABŞ-nin öz üzvlüyünü qoruyub saxlamasına baxmayaraq, NATO-nun əhəmiyyətli dəyişikliklərə ehtiyacı var.

"Birləşmiş Ştatlar əvvəlki kimi NATO-da qalır və biz orada olacağıq", - o deyib .

Xatırladaq ki, TNATO sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.