03 iyun 2026 22:50
95

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

İran dünya bazarı və beynəlxalq təchizat zəncirlərində səmərəli iştirakı gücləndirməlidir.

“İki sahil” ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Dayanıqlı ərzaq təhlükəsizliyini təmin etmək üçün dünya bazarlarında, istehsal şəbəkələrində və beynəlxalq təchizat zəncirlərində səmərəli və birbaşa iştirakı gücləndirmək lazımdır", - o qeyd edib.

Pezeşkianın fikrincə, qanunvericilik maneələri olduqda və ya normativ aktların dəyişdirilməsinə ehtiyac yarandıqda, hökumət tərəfindən qərar qəbul edilməsi üçün konkret və ekspert təklifləri təqdim edilməlidir:

"Kommersiya fəaliyyətində gəlir, xərc və mənfəətlilik strukturu dəqiq müəyyən edilməli və şəffaf olmalıdır".