27 may 2026 14:10
147

AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.