26 may 2026 21:23
107

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur

Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi, dayanıqlılığı tam qorunur.

“İki sahil” xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində söyləyib.

Azərbaycan iqtisadiyyatının inkişafı üçün ölkənin maliyyə sisteminin geniş imkanlar yaratdığını deyən nazir bildirib: “Dörd ayın nəticələrinə baxdıqda görürük ki, bizim ümumi daxili məhsulumuz təqribən 40 milyard manata bərabər olub”. O qeyd edib ki, Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu real rəqəmlərlə götürdükdə 0,7 faiz artıb.