25 may 2026 18:19
105

Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq

Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.

Sənədə əsasən, aqroekoloji məlumatlar əsasında bölgələrdə müxtəlif məhsullar üzrə ixtisaslaşmanın aparılması və fermerlərin məlumatlandırılması hədəflənir. Bundan başqa, orqanik kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı fermerlər məlumatlandırılacaq.