24 may 2026 01:50
95

CHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Baş Prokurorluqdan verilən açıqlamada cinayət törətdiyi hesab edilən 13 şübhəlinin saxlanıldığı bildirilib. "Şübhəlilərin İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada yerləşən evlərində axtarış, müsadirə əməliyyatı həyata keçirilib", - açıqlamada bildirilib.

Saxlanılan Gülhan Aydın, Safi Karayalçın, Melda Tanışman Tutan, Hayati Kaya, Suat Dülger, Kalender Özdemir, Özkan Deniz, İbrahim Şahin, Umut Sapan, Mehmet Ayıp Demirbüken, Metin Kaya, Gaffar Çiçek və Ayça Akpek Şenayın polis idarəsindəki işləri tamamlanıb.

13 şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.

Məhkəmə onlardan 9-u - Safi Karayalçın, Suat Dülger, Kalender Özdemir, Özkan Deniz, İbrahim Şahin, Umut Sapan, Metin Kaya, Gaffar Çiçek və Mehmet Ayıp Demirbüken barəsində həbs qərarı çıxarıb.

Şübhəlilər Ayça Aypek Şenay, Gülhan Aydın, Melda Tanışman Tutan və Hayati Kaya isə məhkəmə nəzarətinə verilib.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.