24 may 2026 00:22
104

Fransada Yelisey sarayında axtarış aparılıb

Fransada “Pantheon” abidəsində təşkil olunan rəsmi anım mərasimləri ilə bağlı dövlət tenderləri üzrə aparılan istintaq çərçivəsində Yelisey sarayının bir neçə ofisində axtarış əməliyyatları həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bildirildiyinə görə, istintaq dövlət müqavilələrinin verilməsi prosesində Milli Abidələr Mərkəzinin rolunu araşdırır.

“Le Monde”un yazdığına əsasən, son illərdə bir sıra rəsmi tədbirlərin təşkilini həyata keçirmiş “Shortcut Events” şirkətinin həmin tenderləri təkrar əldə etməsi araşdırmanın mərkəzində yer alır.

İstintaq çərçivəsində dövlət satınalmalarının qanunauyğunluğu və müqavilələrin hansı şərtlərlə bağlandığı araşdırılır.

Fransa Prezident Administrasiyası məsələ ilə bağlı hələlik açıqlama verməyib.