23 may 2026 16:34
105

Çində daşqınlara görə dördüncü səviyyəli fövqəladə vəziyyət elan edilib

Çinin Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı Hubey və Çunsin əyalətlərində daşqınlarla mübarizə üçün dördüncü səviyyəli fövqəladə vəziyyət elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Hubey əyalətində daşqınların qarşısının alınmasına yardım göstərmək üçün əraziyə işçi qrup göndərilib.

Bundan başqa, qərargah 23-27 may tarixlərində əsas rayonlarda gözlənilən yeni güclü yağış dalğası ilə əlaqədar daşqınlarla mübarizə tədbirlərinin görülməsi üçün müvafiq nazirlik və qurumlarla məsləhətləşmələr aparıb.

Son məlumatlara görə, Çinin mərkəzi hissəsində güclü yağışlar nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb, 14 nəfər itkin düşüb.