23 may 2026 15:55
127

Petr Pavel: NATO parçalanmış vəziyyətə düşə bilər

Çexiya Prezidenti Petr Pavel NATO-nu Rusiyanın təxribatlarına qətiyyətli cavab verməyə çağırıb.

“İki sahil” xarici mediaya itsinadla xəbər verir ki, Pavelin fikrincə, Rusiya alyansı dəfələrlə sınağa çəkib və buna cavab olaraq NATO internetin söndürülməsi, bankların qlobal maliyyə sistemlərindən ayrılması və müttəfiqlərin hava məkanını pozan təyyarələrin vurulması kimi addımlar atmalıdır.

O həmçinin qeyd edib ki, bəzi Avropa liderləri həmişə diplomatik həlli üstün tuturlar və buna görə NATO parçalanmış və fəaliyyət qabiliyyətini itirmiş vəziyyətə düşə bilər.