Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106" markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də nəzərə alınıb