ABŞ-ın Kaliforniya ştatında yerləşən aerokosmik şirkətlərdən birində zəhərli kimyəvi maddələrin sızması nəticəsində ətraf şəhərlərdən 44 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
“İki sahil” xəbər verir ki, hadisə ilə bağlı mənbələrinə istinadən "CBS News" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Qarden-Qrouvdakı zavodun sənaye çənində plastik kütlə istehsalı üçün nəzərdə tutulan, yüksək dərəcədə buxarlanma və tezalışan xüsusiyyətlərə malik 7 min qallon (təqribən 26 500 litr - red.) toksik metilmetakrilat maddəsi saxlanılır.
Təxliyə ilə bağlı verilən qərarların nə vaxt ləğv ediləcəyi isə hələlik məlum deyil.